Fizika

Kafedra müdiri – fiziki-riyaziyyat elmləri namizədi,
professor Eldar Mehralı oğlu Qocayev

Kafedranın tərkibi – 50 nəfər. Onlardan 2-si professor:
Qocayev Eldar Mehralı oğlu. Nyu-York Elmlər Akademiyasının üzvü, Amerika Elmi Jəmiyyətinin üzvü. Tədqiqat sahəsi: Lantanoidlərin iştirakı ilə çoxkomponentli birləşmələrin və bərk məhlulların alınması, elektron və istilik xassələrinin tədqiqi.
Əfəndiyev Şərif Mürsəl oğlu, fizika riyaziyyat elmləri doktoru, professor. Azərbaycan respublikası Elm və texnika üzrə dövlət mükafatı laueratı, Nyu-York Elmlər Akademiyasının üzvü, Lütfüzadə adına Beynəlxalq akademiyasının üzvü. Tədqiqat sahəsi: qeyri-xətti oksid və xalkoqenid birləşmələrinin elektron və rəqs hallarınn tədqiqi.
Dosentlər – 18 nəfər; baş müəllim – 13; tədris köməkçi tərkib – 12 nəfər.
Kafedrada AzTU-nun aşağıdakı fakultələrində ümumi fizika kursu üzrə mühazirə və məşğələ dərsləri aparılır:
Avtomatika və hesablama texnikası
Radiotexnika və rabitə
Metallurgiya
Mühəndis biznes və menecment
Nəqliyyat
Xarici tələbələr üçün
Maşınqayırma
Elektrotexnika və energetika
Yüngül və texnoloci sənaye maşınları
Kafedrada «İntroskopiyanın fiziki üsul və cihazları» ixtisası üzrə mütəxəssis hazırlanır. Bu ixtisas üzrə mütəxəssis hazırlanması üçün müvafiq ixtisas laboratoriyaları yaradılmışdır.
Kafedrada mühazirə oxunması üçün ixtisaslaşdırılmış auditoriyalar və fizikanın mexanika, molekulyar fizika, elektrik, maqnetizm, dalğa və kvant optikası, atom və nüvə fizikası bölmələri üzrə tədris laboratoriyaları mövcuddur.
Son 5 ildə kafedranın əməkdaşları 47 dərslik və dərs vəsaitləri hazırlamış, 190 elmi məqalə çap etdirmiş, 3 patent almışlar. Bu müddət ərzində professor E.M.Qocayevin rəhbərliyi ilə 10 elmlər namizədi və 1 doktorluq dissertasiyası müdafiə edilmişdir.
Kafedra əməkdaşları konfranslarda çıxış etmişdər:
Beynəlxalq – 50
Respublika – 60
Elmi tədqiqat işlərinin əsas istiqamətləri:
Lantanoidlərin iştirakı ilə çoxkomponentli birləşmə və bərk məhlullarının monokristallarının yetişdirilməsi texnologiyası.
Xalkoqenid yarımkeçiricilərin elektron və istilik xassələri.
Oksid və xalkoqenid birləşmələr əsasında qeyri-xətti optik kristalların optik spektri.
Qeyri-üzvi əlavələrlə polimer kompozisiya materiallarının alınmasının fiziki prinsipləri və bu materialların elektret xüsusiyyətlərinin araşdırılması.
Maye kristallarının alınması, tədqiqi və tətbiq olunma imkanlarının araşdırılması.
Oksid üzvi birləşmələrin və onların qarışıqlarının istilik-fiziki xassələri
Kafedranın nəzdində: «Optik rabitənin fizikası və texnikası» və «Polimer materiallar» elmi tədqiqat laboratoriaları fəaliyyət göstərir. Laboratoriyaların rəhbəri: f.r.e.d., prof.E.M.Qocayev.
Beynəlxalq əlaqələr
Kafedra dünyanın aşağıdakı tanınmış elmi müəssisələri ilə elmi əlaqələr saxlayır.
Universita‘di Roma ‘‘La sapienza”, Roma, Italia;
Instituto Superiore di Sanita’, Roma, Italia;
Centre Nazionale di Nucleare, Fraskati, Italia;
Vilnyus universiteti, vilnyus-Litva
A.F.İoffe adına fizika texniki institut, Sankt-Peterburq, RF
RF EA spektroskopiya institutu, Troitisk, RF
RF EA fizika institutu,Moskva RF
RF EA kristalloqrafiya institutu, Moskva RF.
Rostov Dövlət Universiteti, RF
Moskva neft emalı zavodu, RF.
«Plast modern» elmi-istehsalat firması, Kmyev
 

Bir şərh yazın