Avtomatika və idarəetmə

Kafedra müdiri – texnika elmləri doktoru,
professor Havar Əmir oğlu Məmmədov

Kafedra maşınqayırma istesalında və dəmiryol nəqliyyatında avtomatlaşdırma və idarəetmə istiqaməti üzrə bakalavr və magistrlər hazırlayır.
Kafedra əvvəllər movcud olan iki kafedranın bazası əsasında yaradılmışdır:
“Avtomatlaşdırma və idarəetmə”(1961-ci ildə “Hesablama texnikası və istehsalat proseslərinin avtomatlaşdırılması (HT və İPA) adlı kafedranın əsasında təşkil edilmişdir).
“Dəmiryol nəqliyyatında avtomatika, telemexanika və rabitə” (1997-ci ildə təşkil olunmuşdur).
Kafedra aşağıdakı ixtisaslar üzrə bakalavr və magistrlər hazırlayır:
T170100 “Texniki sistemlərdə idarəetmə və informatika”;
T170200 “Maşınqayırmada texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması”;
T181000 “Avtomatlaşdırma və informasiya texnikası”(TEMPUS proqramı üzrə);
T171000 “Avtomatlaşdırılmış sistemlərin informasiya təhlükəsizliyinin kompleks təminatı”;
T090300 “Dəmiryol nəqliyyatında avtomatika, telemexanika və rabitə”
Magistratura:
TM170001 “Texniki sistemlərdə idarəetmə və informatika”;
TM170002 “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması”;
TM171000 “Avtomatlaşdırılmış sistemlərin informasiya təhlükəsizliyinin kompleks təminatı”;
TM181000 “Avtomatlaşdırma və informasiya texnikası”(TEMPUS proqramı üzrə);
TM090006 “Dəmiryol nəqliyyatında avtomatika, telemexanika və rabitənin ümumi problemləri”.
Kafedranın professor-müəllim heyyətinə daxildir: 3 elmlər doktoru, professor; 7 elmlər namizədi,dossent; 9 baş müəllim.Tədris köməkci personal:12 nəfər.
Tədris işləri
Kafedrada aşağıdakı əsas fənlər tədris edilir:
Bakalavr pilləsi:
T170100, T170200, T171000 ixtisasları üçün
İnformatika (tətbiqi proqramlaşdırma bölməsi)
İdarəetmə (İE) sistemlərinin element və qurğuları
Mikroprosessorlu idarəetmə sistemləri
Süni və hesablama intellekti
Ölçmə texnikasının əsasları
Sistemlərin identifikasiyası
Texnoloji ölçmələr
Avtomatik idarəetmə nəzəriyyəsi və sistemli təhlil
Sənaye kompüter şəbəkə və şinləri
İstehsal proseslərinin avtomatlaşdırılması
Sеçmə fənlər:
Proqramlaşdırılan məntiqi kontrollerlər
Sistem proqramlaşdırma
AİS-lərin sxemotexnikası
Sistemlər nəzəriyyəsi
Avtomatlaşdırmanın sahə və sənaye standartları
İnformasiya nəzəriyyəsi
Layihələrin idarə edilməsi
Kriptoqrafiyanın əsasları
Əməliyyat sisteminin mühafizəsi
T170000 – “Texniki sistemlərdə idarəetmə və informatika” ixtisası üzrə
Dəzgah və robotların idarə edilməsi
Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmə
İdarəetmə sistemlərinin informasiya təminatı
Lokal idarəetmə sistemləri
İnformasiya – idarəedici sistemlərdə verilənlərin ötürülməsi
İntellektual idarəetmə sistemləri
Siqnalların rəqəmli emalı
Seçmə fənlər:
AİS-lərin diaqnostikası və etibarlığı
Məlumatların real zamanda emalı
İE sistemlərinin layihələndirilməsi
T170200 – “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması (Maşınqayırmasahəsi üzrə)”-ixtisası üzrə
Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılmış idarəetmə sistemləri (maşınqayırma sahəsi üzrə)
Lokal idarəetmə sistemləri
Sahə texnologiyasının əsasları (maşınqayırma sahəsi üzrə)
İnteqrallaşdırılmış layihələndirmə və İE sistemləri
Avadanlıqların proqramla idarə edilməsi
İE sistemlərinin və vasitələrinin avtomatlaşdırılmış layihələndirməsi
Seçmə fənlər:
Proseslərin modelləşdirilməsi
Dəzgah və robotların idarə edilməsi
İnformasiya – idarəedici sistemlərdə verilənlərin ötürülməsi
T170000 – “Avtomatlaşdırılmış sistemlərdə informasiya təhlükəsizliyinin kompleks təminatı” -ixtisası üzrə
Avtomatlaşdırılmış sistemlərdə informasiya təhlükəsizliyinin kompleks təminatı
Hesablama və sənaye kompüter şəbəkələrinin təhlükəsizliyi
AİS-lərdə informasiya təhlükəsizliyinin əsasları
Informasiyanın kriptoqrafiya üsulu ilə mühafizəsi
Kompüter təhlükəsizliyinin nəzəri əsasları
İnformasiya təhlükəsizliyi təminatının proqram və aparat vasitələri
İnformasiya mühafizəsinin texniki vasitələri və üsulları
Seçmə fənlər:
Məlumatın ötürmə sistem və şəbəkələri
Məlumatlar bazasının təhlükəsizliyi
İnformasiya təhlükəsizliyinin təşkilati və hüquqi təminatı
T090300 – “Dəmiryol nəqliyyatında avtomatika, telemexanika və rabitə” -ixtisası üzrə
Dəmiryol nəqliyyatında avtomatika, telemexaniknın nəzəri əsasları
Dəmiryol nəqliyyatında avtomatika, telemexanika və rabitənin (DATR) xətti elektrik dövrələr nəzəriyyəsi
DATR -ın xətləri
DATR-da elektronikanın əsasları
DATR-da metrologiya və elektrik ölçmələri
DATR-ın elektomaşın qurğuları
DATR-ın elektrik qida qurğuları
Etibarlıq nəzəriyyəsinin əsasları
Dəmiryol nəqliyyatında (DN) mikroprosessorlu (MP) məlumat -idarəetmə sistemləri və qurğuları
DATR-ın kanal yaradan qurğuları
DATR siqnallarının ötürülmə nəzəriyyəsi
DY sistemlərinin standartlaşdırılması və xidmətlərin lisenziyalaşdırılması
Seçmə fənlər:
Sistem və proseslərin kompüter modelləşdirilməsi
İdarəetmə (İE) sistemlərinin element və qurğuları
Sənaye kompüter şəbəkə və şinləri
Texniki diaqnozlaşdırmanın əsasları
Qatarların avtoidarə sistemləri
Qatarların hərəkətinin idarə olunmasında qərarqəbuletmə sistemləri
Dəmiryolunda təhlükəsizliyi təmin edən telemexaniki qurğular
Dəmiryol nəqliyyatında texniki istismar qaydaları
Elektrik təchizatı sistemlərinin avtomatlaşdırılması
İşarəvermə və rabitə distansiyalarında işin təşkili
Hərəkət vasitələrində avtomatika, telemexanika və rabitə qurğuları
Dəmiryolu avtomatikasının müasir texnologiyaları
Magistratura:
TM170001, TM170002 ixtisasları üzrə
İstiqamətin müasir problemləri
İstiqamətin tarixi və metodologiyası
Sistemlər nəzəriyyəsi
Optimal və adaptiv idarəetmə
Müasir idarəetmə üsulları
İnformasiya nəzəriyyəsi
İdarəetmə sistemlərinin (İS) element və qurğuları
Diskret sistemlər nəzəriyyəsi
Texniki sistemlərdə(TS) çoxsəviyyəli idarəetmə
TS-də rəqəm idarəetmə
Siqnalların rəqəmli emalı
Paylanmış idarəetmə sistemləri
Ekspert sistemləri və qərarqəbuletmə
İnformasiya- ölçmə sistemləri
Texnoloji proseslərin (TP) rəqəm idarə edilməsi
İstehsalın inteqrallaşdırilmış idarəetmə sistemləri
TM090006 ixtisası üzrə
İstiqamətin müasir problemləri
İstiqamətin tarixi və metodologiyası
Müasir avtomatik idarəetmənin əsasları
Qatarların hərəkətinin informsiya təminatı
Rels dövrələr nəzəriyyzsi
Dispetçerli idarəetmə sistemləri
Dəmiryolunda avtomatika, telemexanika və rabitənin (DATR) optimal və adaptiv sistemləri
DATR-ın diskret qurğular nəzəriyyəsi
Dəmiryol nəqliyyatında (DN) radiotexniki ölçü sistemləri
Mikroprosessorlu (MP) idarəetmə sistemləri
Dəmiryol nəqliyyatında elektrik təchizatının avtomatlaşdırılmış idarəetmə sistemləri
Son illərdə kafedra əməkdaşları tərəfindən aşağıdakı dərslik və tədris -metodiki vəsaitlər (azərbaycan dilində) nəşr edilmişdir.
H.Ə. Məmmədov, R.M. Əhmədov.İdarəetmə sistemlərinin element və qurğuları. Dərs vəsaiti. Bakı “Elm”, 2006.
H.Ə. Məmmədov, A.M.Hüseynov.Dispetcer mərkəzləşdirilməsi. . Bakı “Elm”, 2006.
H.Ə. Məmmədov, A.M.Hüseynov. Rels dövrələri. Bakı “Elm”, 2006.
H.Ə. Məmmədov, T.M.Lazimov. Dəmiryolunda avtomatika, telemexanika və rabitənin xətti elektrik dövrələr nəzəriyyəsi. “Caşıoğlu”, Bakı-2000.
H.Ə. Məmmədov. Telemexanikanın əsasları. Dərs vəsaiti. “Caşıoğlu”, Bakı-1999
Məmmədov H.Ə. Texniki sistemlərdə kecid prosesləri. “Elm”, Bakı-1997.
T.H.Rzayev. Sistemlərin identifikasiyası fənnindən kurs işlərinin yerinə yetirilməsinə aid metodik vəsait. Bakı, AzTU,2006.
Rzayev T.H., Namazov M.B. Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmə sistemləri. Dərs vəsaiti. “Elm”, Bakı-2001.
Rüstəmov Q.Ə. Avtomatik tənzimləmə nəzəriyyəsi. 2-ci hissə. Dərs vəsaiti. Bakı,”Nasir” 2006.
A.N.Əlizadə, M.B. Namazov,M.S.Aslanov.Matlab tətbiqi proqramlar paketi və simvollu riyaziyyat. Dərs vəsaiti. Bakı, “Təhsil” NPM, 2005.
Rüstəmov Q.Ə. Avtomatik tənzimləmə nəzəriyyəsi. 1-ci hissə. Dərs vəsaiti. Bakı,”Nasir” 2003
T.V.Şirinov,H.Ə. Qurbanov,R.N.Kərimova.Tətbiqi proqramlaşdırma.MATHCAD-də ədədi üsullar. Dərs vəsaiti. Bakı,”Sabah”,2006.
T.V.Şirinov. Tətbiqi proqramlaşdırma. Praktik məşğələ kursu.Baku,AzTU,2003.
İ.M.Xəlilov, R.C.Qasımov. Dəmiryol nəqliyyatında avtomatika və telemexanikanın stansiya qurğuları. Dərs vəsaiti. Bakı, “Caşıoğlu”,2000.
Qurbanov T.B.,Əhmədov R.M.,Namazov M.B. Texniki sistemlərdə informasiya -ölçmü quröuları. Dərslik. “Elm”, Bakı-2000.
R.C.Qasımov. Dəmiryol avtomatika, telemexanika və rabitəsinin qida mənbələri.
S.Q.Qafarova. Dəmiryol avtomatika və telemexanikasının diskret qurğuları.Metodik göstəriş. Bakı, AzTU,1998.
Elmi tədqiqatların əsas istiqamətləri
Kafedranın əsas elmi tədqiqat istiqaməti maşınqayırma və nəqliyyatda avtomatlaşdırma və idarəetməyə aiddir:
Sənaye kompüter şəbəkələrinin (SKŞ) çoxkriterili optimal model və alqoritmlərinin sintezinin işlənməsi.
Avtomatika və idarəetmə sistemlərinin çoxkriterili diaqnozlaşdırılması
Beynəlxalq əlaqələr
Kafedra “Avtomatlaşdırma və informasiya texnikası” ixtisası üzrə tədris prosesinin modernləşdirilməsi məqsədi ilə TEMPUS_PROJECT:CD_2103-2000(AZB) layihəsi çərçivəsində Köln ali texniki məktəbi (Almaniya) və Linburq ali məktəbi (Niderland) ilə əməkdaşlıq edir.
 
 

Bir şərh yazın