Rus dili və pedaqogika

Kafedra müdiri – pedaqoji elmləri namizədi,
dosent Elmira Tofiq qızı Ağahüseynova
1950-ci ildən Azərbayçan politexnik institutunun nəzdində dillər kafedrası açılmışdı, hansı ki, burda xarici dillərlə yanaşı rus dili fənnidə tədris olunurdu. Ancaq müstəqil kafedra kimi, 1960-ci ildən fəaliyyət göstərir.
Kafedranın təşkil olunduğu gündən qarşısına qoyduğu əsas başlıca məqsəd və prinsip texniki ali məktəblərdə azərbaycanlı tələbələrə rus dilinin öyrədilməsi, dil vərdişlərinin və praktikasının inkişaf etdirilməsi və təkmiləşdirməsi olub.
Hal-hazırda kafedranın elmi-metodiki işinin əsas istiqaməti rus dilinin xarici dil kimi öyrədilməsini təkmilləşdirməkdir. Bu iş bünövrəli xarakter daşıyır. Bu işin əsas məqsədi texniki ali məktəblərdə ana dilində təhsil alan tələbələrə rus dilinin öyrədilməsi məqsədi ilə metodiki-tədris vəsaitlərinin hazırlanması və işlənməsidir. Bu işlərin əsasını dillərin öyrədilməsinin müasir metodikasının kompleks nəzəri qaydaları qoyur.
Kafedranın uzun müddətli fəaliyyəti dövründə: proqramların, dərs vəsaitlərinin, terminoloci lüğətlərin, linqafonla işləmək üçün metodiki göstərişlərin və yoxlama tapşırıqlarının, müxtəlif ixtisaslar üzrə, yəni, maşınqayırma, metallurgiya, nəqliyyat, radiotexnika, elektrotexnika, biznes və menecment, hesablama texnikası və avtomatika fakültələri üçün mətn topluları hazırlanıb nəşr edilmişdir. Bundan başqa kafedra tərəfindən elmi işçilər üçün rusça – azərbaycanca danışıq kitabçası və auditoriyadan xaric oxu üçün mətn toplusu nəşr edilmişdir.
Hər il kafedranın işçiləri müxtəlif elmi praktiki konfranslarda iştirak edir, müxtəlif suallarla məruzə edirlər, iş təcrübə mübadiləsi edirlər. Bizim işçilər beynəlxalq konfranslarda çıxış edir, məruzələri müxtəlif metodiki curnallarda çap olunur. Kafedrada ən böyük diqqət tələbələrlə fərdi işləməkdir. Hər il müəllimlər tələbələri universitetdə və respublikada keçirilən konfranslarda çıxış etmək üçün hazırlayırlar. Rus dili kafedrasında daimi auditoriyadan xaric böyük və geniş metodiki işlər görülür.
Universitetin nəzdində rus dili kafedrasının təşəbbüsü ilə «Maraqlı görüşlər» Klubu təşkil olunmuşdur ki, burada maraqlı qonaqlarla, yəni, dahi elm və mədəniyyət xadimləri ilə görüşləri təşkil edilir.
Hal-hazırda kafedrada 13 müəllim çalışır. Onlardan 3 nəfəri dosent, 4-ü elmlər namizədi, 7 nəfəri isə baş müəllimdir.